30 mart 2024 at 16:04
Jurnalist kodu: 5487
Xəbər kodu: 85431015
T T
0 Persons

Tags

Malayziyada sionist rejim casusu saxlanılıb

30 mart 2024 at 16:04
Xəbər kodu: 85431015
Malayziyada sionist rejim casusu saxlanılıb

Tehran - İRNA - Bu gün (şənbə) Malayziya polisi sionist rejim üçün casusluq ittihamı ilə Kuala-Lumpurda bir oteldə silahlı bir şəxsin saxlanıldığını xəbər verib.

Malayziya polisinin baş müstəntiqi Rezaəddin Hüseyn deyib: “Kuala-Lumpurda oteldə silahlı şəxs həbs edildi. Bu 36 yaşlı şəxs İsrailin xeyrinə casusluqda şübhəli bilinir.”

“Reuters”-in məlumatına görə, Rezaəddin Hüseyn mətbuat konfransında deyib: “6 tapança və 200 gülləsi olan bu şəxs martın 12-də Birləşmiş Ərəb Əmirliklərindən saxta Fransa pasportu ilə Kuala-Lumpur Beynəlxalq Hava Limanına daxil olub.”

Baş müstəntiq əlavə edib: “Polis tərəfindən dindirildikdən sonra şübhəli şəxs İsrail pasportunu təhvil verdi.”

Sizin rəyiniz

You are replying to: .