30 mart 2024 at 17:13
Jurnalist kodu: 5487
Xəbər kodu: 85431065
T T
0 Persons

Tags

Sionist rejim Livanın cənubunda UNIFIL qüvvələrinə hücum edib - Bir nəfər Livan vətəndaşı yaralanıb

Tehran - İRNA - Media mənbələri bu gün (şənbə günü) günorta saatlarında sionist rejimin BMT-nin Livanın cənubundakı sülhməramlı qüvvələrini (UNIFIL) daşıyan maşına hava hücum etdiyini və onlardan bir neçəsinin yaralandığını bildirib.

“Əl-Məyadin” telekanalı bu barədə bildirib: “İsrail rejiminə məxsus pilotsuz təyyarə sərhəd zolağı yaxınlığındakı Rəmiş qəsəbəsi ətrafında patrul xidməti aparan UNIFIL avtomobilini hədəfə alıb.”

Bu xəbərə görə, hücumda dörd UNIFIL qüvvəsi yaralanıb.

Rəmiş qəsəbəsinin cənubunda sionist rejim pilotsuz təyyarəsinin hücumuna məruz qalan UNIFIL avtomobilinin sərnişinləri müalicə olunmaq üçün Əl-Təyri qəsəbəsinə aparılıb.

0 Persons

Sizin rəyiniz

You are replying to: .