31 mart 2024 at 12:01
Jurnalist kodu: 5487
Xəbər kodu: 85431434
T T
0 Persons

Tags

HƏMAS üzvü: Qahirədə hərəkatın nümayəndə heyəti yoxdur

31 mart 2024 at 12:01
Xəbər kodu: 85431434
HƏMAS üzvü: Qahirədə hərəkatın nümayəndə heyəti yoxdur

Tehran-İRNA- HƏMAS hərəkatının siyasi ofisinin üzvü Hesam Badran bazar günü səhər Misirdə əsir mübadiləsi danışıqlarının bərpası xəbərinə cavab verərək bildirib ki, bu hərəkatın heç bir nümayəndə heyəti Qahirədə iştirak etmir.

Hesam Badran deyib: Qahirədə hərəkatın heç bir nümayəndə heyəti yoxdur və işğalçı rejimin təklifləri xalqımızın tələblərinə cavab vermir.

Bundan əvvəl media Qəzza zolağında atəşkəs danışıqlarının yeni mərhələsinin başlandığını və sionist rejimdən bir heyətin bu danışıqlara göndərildiyini elan etmişdi.

Həmas siyasi bürosunun üzvü həmçinin əlavə edib: Qəzzanin idarə etmək üçün ərəb və ya beynəlxalq qüvvənin yaradılması tələbi rədd edilir və xalqımız hər cür qəyyumluğa qarşıdır.

0 Persons

Sizin rəyiniz

You are replying to: .