Fələstinin Səma xəbər agentliyinin məlumatına görə, sionist rejimin mediası məlumat yayıb: Ordu Dəməşqə hücuma cavab veriləcəyindən qorxaraq şimalda (İşğal olunmuş Fələstin) həyəcan səviyyəsini artırıb.
Suriya dövlət mediası bu gün axşam saatlarında işğal olunmuş Colan bölgəsindən İsrail ordusunun İran İslam Respublikasının Dəməşq şəhərindəki səfirliyinin yaxınlığındakı İran konsulluğuna hava hücumu təşkil etməsi barədə məlumat yayıb.
Suriya xəbər agentliyi bu ölkənin hərbi mənbəsinə istinadən xəbər verib: Bu hücumda İranın Dəməşqdəki konsulluğunun binası tamamilə dağıdılıb və orada olanların hamısı şəhid olub və ya yaralanıb. Şəhidlərin cənazələrinin təxliyəsi, yaralılara yardımın göstərilməsi və dağıntıların aradan qaldırılması işləri davam etdirilir.
Sizin rəyiniz