Sionist rejim ordusunun Qəzzə zolağında Ümumdünya Mərkəzi Mətbəx Təşkilatının əməkdaşlarına hücumunun ardınca Avstraliyanın Xarici İşlər Nazirliyi sionist rejimin bu ölkədəki səfirini çağırıb.
Bundan əvvəl Qəzzə zolağında ərzaq yardımının paylanmasına cavabdeh olan Ümumdünya Mərkəzi Mətbəx Təşkilatı bəyanatında vurğulayıb ki, sionistlərin Qəzzədə bu təşkilatın əməkdaşlarına hücumu nəticəsində 7 nəfər həlak olub.
Bu bəyanatda bildirilir: “Komandamız iki zirehli texnika və üzərində adımız həkk olunmuş başqa bir maşınla hərbsizləşdirilmiş zonada hərəkət edirdi. İsrail ordusu ilə koordinasiya etməyimizə baxmayaraq, ərzaq ehtiyatlarını bir dəfə Deyr əl-Bələhdə boşaltdıqdan sonra qayıdarkən hücuma məruz qaldıq.”
Sizin rəyiniz