Seyid İbrahim Rəisi sionist rejimin ölkəmizin Dəməşqdəki konsulluq binasına hücumunda qeyri-insani hərəkəti və beynəlxalq qaydaların açıq şəkildə pozulmasını pisləyən bəyanatında bildirib: “Müqəddəs Müdafiə dövrünün cəsur sərkərdələri, döyüşçüləri və qaziləri olan bu mücahid generallar Suriyada baş məsləhətçi kimi Əhli-beyt (ə) hərəminin müdafiəsində, yüksək islami və insani dəyərlərin qorunmasında iştirak edirdilər və izzətlə şəhidlər karvanına qoşuldular.
Prezidentin bəyanatının mətni belədir:
Şəhidlərin və siddiqlərin Rəbbinin adı ilə
Yenə də terror cinayətində və beynəlxalq qaydaların kobud şəkildə pozulması ilə qəsbkar sionist rejimin çirkli əlləri ölkəmizin bir neçə general və zabitinin qanına bulaşdı.
Sionist rejimin İran İslam Respublikasının Dəməşqdəki konsulluq binasına hücumda təcavüzkar və kor hərəkəti general-mayor Məhəmməd Rza Zahidi və general-mayor Məhəmməd Hadi Hacı Rəhimi və onların 5 döyüş yoldaşının şəhadətinə səbəb oldu. Müqəddəs Müdafiə dövrünün cəsur sərkərdələri, döyüşçüləri və qaziləri olan bu mücahid generallar Suriyada baş məsləhətçi kimi Əhli-beyt (ə) hərəminin müdafiəsində, yüksək islami və insani dəyərlərin qorunmasında iştirak edirdilər və izzətlə şəhidlər karvanına qoşuldular.
Mən beynəlxalq qaydaların açıq şəkildə pozulması olan bu qeyri-insani hücumu pisləyir, İslam Vətəninin bu rəşadətli övladlarının şəhadəti münasibətilə Ali Məqamlı Rəhbərə, şəhid yetişdirən İran xalqına, bu şəhidlərin İslam İnqilabı Keşikçiləri Korpusundakı döyüş yoldaşlarına, xüsusilə onların hörmətli ailələrinə başsağlığı verirəm və bu lütf dolu günlərdə Mütəal Allahdan bu şəhidlər üçün uca dərəcələr və məsum imamlarla (ə) birgəlik diləyirəm.
Sionist qəsbkar rejim müqavimət cəbhəsi mücahidlərinin iman və iradəsi qarşısında dəfələrlə məğlubiyyət və uğursuzluğundan sonra, özünü xilas etmək üçün kor terrora əl atmışdır, amma bilməlidir ki, bu cür qeyri-insani hərəkətləri ilə heç vaxt öz nəhs məqsədlərinə çatmayacaq, gündən-günə müqavimət cəbhəsinin güclənməsinin və azad xalqların öz qondarma mahiyyətinə qarşı ikrah və nifrətinin şahidi olacaq və bu qorxaq cinayət də cavabsız qalmayacaq.
Seyid İbrahim Rəisi
İran İslam Respublikası Prezidenti
Sizin rəyiniz