3 aprel 2024 at 11:27
Jurnalist kodu: 5487
Xəbər kodu: 85433632
T T
0 Persons
Türkiyə sionist rejimin Dəməşqdə İran konsulluğuna təcavüzünü pisləyib

Tehran - İRNA - Türkiyə Xarici İşlər Nazirliyi çərşənbə axşamı, axşam saatlarında bəyanat yayaraq, sionist rejimin İranın Suriyadakı konsulluğuna təcavüzünü pisləyib.

Bu bəyanatda bildirilir: “İsrailin Dəməşqdəki İran səfirliyinə hücumunu pisləyirik.”

Türkiyə həmçinin İranın Dəməşqdəki diplomatik mərkəzinə hücumun ardınca daha böyük regional münaqişənin başlaya biləcəyindən narahatlığını bildirib.

Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatının başqa bir hissəsində vurğulanıb: “Bütün qarşıdurma tərəflərini mötədilliyi qorumağa və beynəlxalq hüquq çərçivəsində hərəkət etməyə dəvət edirik.”

Sizin rəyiniz

You are replying to: .