5 aprel 2024 at 12:48
Jurnalist kodu: 5487
Xəbər kodu: 85435532
T T
0 Persons
Kənani: Qəzzə müharibəsinin sonu qondarma sionist quruluşun dağılmasının başlanğıcıdır

Tehran - İRNA - Xarici İşlər Nazirliyinin mətbuat katibi yazıb: “Aclıq və susuzluq çəkərək, dərmansız, müalicəsiz pul və zorakılıq dünyasının səssizliyi qarşısında heç bir günahı olmadan qanlarına qəltan olan körpələrin, uşaqların, qadınların və digər şəhidlərin qanı sionist rejim və onun havadarlarına qarşı qlobal nifrətlə birlikdə sionistlərin zülm və cinayətlə qarışan quruluşunu çökdürəcək.”

Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani “Qəzzə; insanlığa qarşı yüz səksən gün fasiləsiz cinayət” başlıqlı məqaləsində Qəzzədə törədilmiş cinayətləri və beynəlxalq qurumların fəaliyyətsizliyini təhlil edib.

Məqalənin bir hissəsində bildirilir: “Qondarma İsrail rejimi Qəzzə zolağına qarşı indiki müharibənin 6 ayında Amerika və İngiltərə hökumətlərinin dəstəyi ilə məqsədyönlü, ağlasığmaz və iyrənc şəkildə insan hüquqları, insani-mənəvi dəyərlər kimi tanınan hər şeyi praktiki olaraq ələ salıb.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .