9 aprel 2024 at 10:27
Jurnalist kodu: 5487
Xəbər kodu: 85439705
T T
0 Persons

Tags

Fransa, Misir və İordaniya başçıları Qəzzədə dərhal atəşkəsə çağırdılar

Tehran - İRNA - Fransa və Misir prezidentləri və İordaniya Kralı Fransanın "Le Monde" qəzetində dərc olunan ortaq məqalədə Qəzzədə dərhal atəşkəsə çağırıblar.

Onlar bu məqalədə Qəzzədə dərhal atəşkəslə bağlı Təhlükəsizlik Şurasının qətnaməsinin yerinə yetirilməsinin və əsirlərin tezliklə azad edilməsinin vacibliyini vurğulayıblar.

Adı çəkilən üç ölkənin liderləri Misir, ABŞ və Qətər vasitəsilə davam edən danışıqları dəstəklədiklərini açıqlayıblar, 1,5 milyondan çox məcburi köçkünün olduğu Rəfəhə qurudan hücumun nəticələri barədə xəbərdarlıq ediblər.

Onlar vurğulayıblar ki, Rəfəhdəki hərbi əməliyyat yalnız daha çox itki və əzab-əziyyətlərə səbəb olacaq və regionda gərginliyin artması riskini artıracaq.

Sizin rəyiniz

You are replying to: .