Rəisi iki xalqın maraqlarını təmin etmək üçün İran-İraq əlaqələrinin gücləndirilməsini vurğulayıb

Tehran - İRNA - Prezident iraqlı həmkarı ilə telefon danışığında sionist rejimin Qəzzə və Fələstində törətdiyi cinayət və qətliam prosesinin dayandırılması üçün İslam ölkələri və ümmətinin səmərəli əməkdaşlığı və səylərinin zəruriliyini vurğulayıb.

Ayətullah Seyid İbrahim Rəisi çərşənbə axşamı günorta saatlarında İraq Prezidenti Əbdüllətif Rəşidin telefon zənginə cavabında qarşılıqlı olaraq Fitr bayramı münasibətilə onu, İraq hökuməti və xalqını təbrik edib, iki xalq arasında əlaqələrin gücləndirilməsini və dərinləşdirilməsini zəruri hesab edib, qarşıdakı ildə iki ölkə arasında münasibətlərin səviyyəsinin bədxahların müdaxiləsindən asılı olmayaraq daha da artacağına ümid etdiyini bildirib.

Prezident bu gün İran və İraq, İslam dünyası və dünyanın bütün azad insanları arasında ən mühüm ortaq məsələnin sionist rejimin Qəzzədə fələstinlilərə qarşı törətdiyi misli görünməmiş cinayət və vəhşiliklərin yaratdığı dərin kədər olduğunu bəyan edərək, bütün imkanlardan istifadə etməklə bu məzlum, müqavimətli və iqtidarlı xalqa qarşı qətliam və soyqırımı dayandırmaq üçün bütün müsəlmanların və dünyanın azad insanlarının ciddi dini və insani məsuliyyət daşıdığını vurğulayıb.

Bu telefon danışığında İraq Prezidenti Əbdüllətif Rəşid də İslam İnqilabının Ali Rəhbərinə, İran Prezidentinə, hökumətinə və xalqına salam göndərib və Ramazan bayramının gəlişi münasibətilə təbrik edib, iki ölkə arasında əlaqələrin güclü, dərin və iki xalqın mənafeyinə uyğun olduğunu bildirərək deyib: “İraq hökuməti də hesab edir ki, hər iki ölkə bədxahların niyyətindən asılı olmayaraq öz aralarındakı dostluq münasibətlərini gücləndirməyə çalışmalıdır.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .