Qoşulmama Hərəkatına üzv 121 ölkənin Nyu-Yorkdakı nümayəndələri sionist rejimin İran İslam Respublikasının Dəməşqdəki diplomatik obyektləri və nümayəndələrinə qarşı vəhşicəsinə hücumunu qəti şəkildə pisləyib, İran İslam Respublikası xalqı və hökumətilə və bu hücumun qurbanlarının ailələri ilə həmrəy olduqlarını və acılarına şərik olduqlarını ifadə ediblər.
Bu bəyanatda bildirilir ki, diplomatik obyektlərə və nümayəndələrə qarşı bu cür hücumlar heç bir şəkildə əsaslandırıla bilməz və beynəlxalq hüququn və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin, habelə diplomatik obyektlərin və nümayəndələrin toxunulmazlığını tənzimləyən fundamental prinsiplərin; Diplomatik hüquqlar haqqında Konvensiya (1961), Konsulluq hüquqları (1963) və Diplomatik agentlər də daxil olmaqla Beynəlxalq Mühafizə olunan Şəxslərə qarşı Cinayətlərin Qarşısının Alınması və Cəzalandırılması haqqında Konvensiyanın (1973) kobud şəkildə pozulmasıdır.
Sizin rəyiniz