Sionistlərin Qərbi Qəzzəyə hücumu zamanı HƏMAS-ın siyasi ofisinin rəhbəri İsmail Haniyənin üç övladı və üç nəvəsi şəhid olub.
Bununla bağlı Fələstin mənbələri HƏMAS-ın siyasi büro rəhbərinin üç nəvəsi ilə birlikdə Hazim, Əmir və Məhəmməd Haniyənin şəhid olduğunu təsdiqləyiblər.
KİV-in məlumatına görə, onlar Qəzzanın “Əş-Şati” bölgəsində sionist rejimin avtomobillərini vurması nəticəsində şəhid olublar.
Haniyə övladlarının və nəvələrinin şəhid olması xəbərinə cavab olaraq dedi: 3 övladım və nəvələrimin bəzisinin şəhadəti ilə mənə bəxş etdiyi şərəfə görə Allaha şükür edirəm. Bu ağrılar və qanlarla Fələstin milləti və məsələsinin və İslam ümmətinin gələcəyini və azadlığını quracayıq.
Tehran – İRNA - Bu gün (çərşənbə) Əl-Cəzirə xəbər kanalı sionist rejimin hücumunda HƏMAS hərəkatının siyasi ofisinin rəhbərinin üç övladının şəhadətə yetirildiyini elan edib.
Sizin rəyiniz