11 aprel 2024 at 12:05
Jurnalist kodu: 5487
Xəbər kodu: 85441377
T T
0 Persons

Tags

İran Xarici İşlər nazirinin diplomatik addımları - Əmir Abdullahiyan region ölkələrin xarici işlər nazirləri ilə danışıb

Tehran - İRNA - İranın Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan çərşənbə günü axşam saatlarında Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, İraq xarici işlər nazirləri və HƏMAS müqavimət hərəkatının rəhbəri ilə telefon danışığı aparıb, Fitr bayramını təbrik edib, Qəzzədəki böhran vəziyyəti də daxil olmaqla, Yaxın Şərqdəki hadisələri regional rəsmilərlə müzakirə edib.

Əmir Abdullahiyan Səudiyyə Ərəbistanının Xarici İşlər naziri şahzadə Feysəl bin Fərhan ilə telefon danışığında onlar Fitr bayramı münasibətilə qarşılıqlı təbriklərini çatdırıblar və ikitərəfli münasibətlərin son vəziyyəti və regionda baş verən hadisələr haqda danışıblar.

Telefon danışığında tərəflər Qəzzədə baş verən hadisələrə diqqət çəkib və onu araşdırıblar, sionist rejimin müharibə cinayətlərinə, Fələstinin Qəzzə və İordan çayının qərb sahili əhalisinin iztirablarına son qoyulmasının vacibliyini vurğulayıblar.

Hüseyn Əmir Abdullahiyan Qətərin Baş naziri və Xarici İşlər naziri Məhəmməd bin Əbdülrəhman Ali Sani ilə telefon danışığı aparıb, Fitr bayramının gəlişini təbrik edib.

Bu telefon danışığında iki ölkənin xarici işlər nazirləri son ikitərəfli hadisələri, Qəzzə məsələsini və digər regional hadisələri də müzakirə ediblər.

Əmir Abdullahiyan fələstinlilərə, xüsusilə Qəzzə sakinlərinə qarşı son altı ayda baş verən dərin insani faciəyə son qoyulmasının vacibliyini vurğulayıb, İslam ölkələrinin səyləri və beynəlxalq ictimaiyyətin əməli məsuliyyəti ilə humanitar yardımların göndərilməsi və məzlum Qəzzə xalqının aclıqdan xilas edilməsi üçün ciddi addımların atılacağına ümid etdiyini bildirib.

Ölkəmizin Xarici İşlər naziri və Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər naziri Abdullah bin Zayed Ali Nəhyan telefon danışığında Fitr bayramının gəlişi münasibətilə təbriklərini çatdırıblar.

Ölkəmizin xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ilə İraqın Xarici işlər naziri Fuad Hüseyn arasında telefon danışığı olub.

Bu telefon danışığında iki ölkə arasında strateji və dərin əlaqələrə toxunulub, ikitərəfli münasibətlərin, regional və beynəlxalq əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi də vurğulanıb.

Ölkəmizin Xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan HƏMAS-ın Siyasi Ofisinin rəhbəri İsmayıl Həniyəyə ünvanladığı müraciətdə sionist rejimin cinayətkar hücumu nəticəsində onun bir sıra övladları və ailə üzvlərinin şəhid olması ilə bağlı başsağlığı verib.

0 Persons

Sizin rəyiniz

You are replying to: .