Bu etiraz aksiyasının iştirakçıları Qəzzədə müharibənin dərhal dayandırılmasını, sionist rejimə silah embarqosunun tətbiq edilməsini və Qəzzə sakinlərinə yardım edilməsini tələb ediblər. Onlar Fələstin bayrağını dalğalandıraraq, Fələstin xalqı üçün ədalət və aparteid rejiminin sona çatması ilə bağlı şüarlar səsləndiriblər.
Etirazçılar, London hökumətinin artan anti-sionist etiraz dalğasını susdurmaq üçün məhdudiyyət və təzyiqlərinə baxmayaraq, Fələstin xalqına qarşı qətliamlar davam etdikcə, öz etirazlarını davam etdirəcəklərini vurğulayıblar.
Fələstinə dəstək kampaniyasının rəhbəri Bin Camal İRNA-ya müsahibəsində deyib: “Bizim mesajımız Qəzzədə dərhal atəşkəsin yaradılmasıdır ki, İsrail bu bölgədə soyqırımı dayandırsın. Biz həmçinin London hökumətini İsrailə silah satışını dayandırmağa çağırırıq.”
Sizin rəyiniz