İşgəncələrə məruz qalan Fələstinli əsirlərin acınacaqlı vəziyyəti – İşğalçılar tərəfindən güllələnən balaca qız şəhid olub + VİDEO

Tehran - İRNA - Fələstin mənbələri Qəzza zolağında azad edilmiş fələstinli əsirlərin acınacaqlı vəziyyəti və bu bölgədə sionist qüvvələrin gülləsinə tuş gələn bir qızın şəhid olması barədə xəbər veriblər.

Fələstin mənbələri işğalçı qüvvələrin Qəzza zolağında aylarla davam edən həbs və işgəncələrdən sonra 150 əsiri azad etdiklərini açıqlayıb.

Belə ki, Qəzza Şəhər Müdafiə Təşkilatı işğalçılar tərəfindən azad edilən əsirlərin fiziki vəziyyətinin acınacaqlı olduğunu açıqladı.

Eyni zamanda sionist əsgərlər Qəzza şəhərində evlərinə qayıdan onlarla fələstinli qaçqına hücum edərək atəş açmış və onların bir neçəsini yaralayıblar.

Sionist rejim əsgərləri ailəsi ilə birlikdə Qəzza şəhərindəki evinə qayıtmağa çalışan qız uşağını şəhid ediblər.

0 Persons

Sizin rəyiniz

You are replying to: .