16 aprel 2024 at 10:03
Jurnalist kodu: 5487
Xəbər kodu: 85446214
T T
0 Persons

Tags

Baqiri: İran sionistlərin növbəti səhvinə daha sərt cavab verəcək

Tehran - İRNA - Xarici işlər nazirinin siyasi işlər qzrə müavini xəbərdarlıq edib: Əgər sionistlər İran torpaqlarına göz dikmək istəsələr, yəqin ki, ilk cavabdan qat-qat şiddətli cavab alacaqlar.

Əli Baqiri bazar ertəsi gecə xüsusi xəbər buraxılışına verdiyi müsahibəsində deyib: Sionistlər Dəməşq cinayətində strateji səhvə yol verdilər və İran İslam Respublikasının hərbi və müdafiə qabiliyyətinin ciddi sınaqdan keçirilməsi üçün qanuni əsası təmin etdilər. Yəni səfirliyimizin konsulluq şöbəsinə hücum etməsəydilər, bu şərtlər təmin olunmazdı.

O deyib: Bir qayda olaraq, əgər sionist rejimdə rasionallıq olarsa, sionistlər bu rəhbərlik xətasını təkrarlamamalıdırlar, çünki həmin səhvi təkrar etsələr, daha sərt, daha sürətli və daha təcili zərbə alacaqlar. Artıq onların 12 günü olmayacaq və aldıqları cavab günlərlə, saatlarla deyil, saniyələrlə ölçüləcək.

Baqiri müsahibəsinin davamında vurğulayıb: İran İslam Respublikası öz mənafeyini və milli təhlükəsizliyini qorumaq üçün sionistləri tənbeh etmək qərarına gəldikdə, onların növbəti fitnələri üçün də planı var idi.

0 Persons

Sizin rəyiniz

You are replying to: .