16 aprel 2024 at 17:57
Jurnalist kodu: 5487
Xəbər kodu: 85446982
T T
0 Persons

Tags

Hizbullah sionist rejim mövqelərinə qarşı hücumlarını davam etdirir

Tehran - İRNA - Livan Hizbullah Hərəkatı sionist rejimin mövqelərinə qarşı hücumlarının davamında bu gün (çərşənbə axşamı) işğal olunmuş Fələstinin şimalındakı Bərke Rişa hərbi bazası və sionist qəsəbəni hədəfə alıb.

Hizbullah Hərəkatı işğal altındakı Fələstinin şimalındakı Barke Rişa hərbi bazasına zərbə endirdiyini açıqlayıb.

Livan İslami Müqaviməti yaydığı bəyanatda bildirib ki, onun döyüşçüləri bu baza ətrafında sionist hərbçilərin yerləşdiyi mövqeləri raketlərlə hədəfə alıblar.

“Əl-Məyadin” də Hizbullah döyüşçülərinin Əsba əl-Cəlildə sionist mövqelərdən birini hədəfə aldığını xəbər verib.

Sionist rejim KİV-ləri işğal altındakı Fələstinin şimal sərhədlərində raket və ya pilotsuz təyyarənin “Beyt Hillel”i vurması nəticəsində 3 sionist mühacirin yaralandığını bildirib.

Bununla bağlı, sionist rejimin 14-cü kanalı Beyt Hilleldə pilotsuz təyyarənin partlaması nəticəsində üç sionistin yaralandığını deyib.

Bəzi sionist mənbələr də Livan sərhədindəki “Məskaf Amm” sionist qəsəbəsinin hədəf alındığını xəbər veriblər.

“Əl-Məyadin” həmçinin bildirib ki, sionist rejimin Livanın Şəba bölgələrindəki bəzi mövqeləri atəşə tutulub.

Bəzi sionist mediaları Livan səmasından 2 pilotsuz təyyarənin Əsba əl-Cəlilə daxil olduğunu və orada partladığını bildiriblər.

0 Persons

Sizin rəyiniz

You are replying to: .