17 aprel 2024 at 21:38
Jurnalist kodu: 5561
Xəbər kodu: 85448502
T T
0 Persons
Qəribabadi: İran İslam Respublikası öz mənafe və təhlükəsizliyinə qarşı təcavüzə dözmür

Tehran - İRNA - Məhkəmə Sisteminin beynəlxalq məsələlər üzrə müavini və İnsan Haqları Qərargahının katibi deyib: “İran İslam Respublikası öz mənafe və təhlükəsizliyinə qarşı təcavüzə dözmür və istənilən təcavüzə, hətta üçüncü ölkənin ərazisində baş versə belə, birbaşa və ciddi şəkildə cavab verəcək. Bu, düşmənin bilməli olduğu yeni bir balansdır.”

Kazim Qəribabadi sionist rejimin vəhşicəsinə hücumu nəticəsində dağılmış İran İslam Respublikası səfirliyinin konsulluq binasını ziyarət edərkən deyib: “Bu səfər zamanı və Suriya rəsmiləri ilə söhbətimizdə biz beynəlxalq təşkilatlar və insan haqları forumları vasitəsilə sionist cinayətkarlara qarşı məhkəmə sistemi çərçivəsində işin açılması məsələsini birgə davam etdirəcəyik.”

O, sionist rejimin İranın Dəməşqdəki konsulluq binasına hücumunu beynəlxalq öhdəliklər və qanunlara, eləcə də BMT-nin Nizamnaməsinin müddəalarına tamamilə zidd hesab edərək deyib: “Bu rejim hətta Diplomatik yerlərin və diplomatların mühafizəsi və toxunulmazlığı haqqında 1961-ci il Konvensiyası və Beynəlxalq müdafiə olunan şəxslər haqqında 1973-cü il Konvensiyasından irəli gələn öhdəliklərə belə əməl etmir.”

Qəribabadi BMT Təhlükəsizlik Şurasının sionist rejimin cinayətlərinə qarşı zəif yanaşmasını tənqid edərək vurğulayıb: “Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin müddəalarına əsasən, bu şura beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında aydın məsuliyyət daşıyır və qəsbkar sionist rejimi cəzalandırmaq üçün lazımi tədbirləri görməli idi, amma biz Təhlükəsizlik Şurasının iclasında İngiltərə, Fransa və Amerika kimi bəzi iddiaçı ölkələrin sionist rejimin təcavüzünü hətta qınamadıqlarını gördük.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .