18 aprel 2024 at 20:02
Jurnalist kodu: 5561
Xəbər kodu: 85449359
T T
0 Persons
Əmir Abdullahiyan: 
İran sionist rejimin hər hansı yanlış hesablamalarına daha sərt cavab verəcək

İran İslam Respublikasının Xarici İşlər naziri doktor Əmir Abdullahiyan ölkəsi BMT Təhlükəsizlik Şurasına sədrlik edən Maltanın Xarici İşlər naziri Yan Borq ilə görüşündə son regional və beynəlxalq hadisələri, iki ölkə arasında münasibətləri müzakirə edib və fikir mübadiləsi aparıb.

Xarici İşlər naziri Nyu-Yorkda və Birləşmiş Millətlər Təşkilatının binasında keçirilən bu görüşdə ölkəmizin Silahlı Qüvvələrinin son zamanlar sionist rejimə qarşı güclü cavabını izah edərək deyib: “İran İslam Respublikasının sionist rejimin cinayətlərinə cavab olaraq hərbi əməliyyatı qanuni müdafiə çərçivəsində və beynəlxalq hüquqa uyğun olaraq baş tutub.”

Ölkəmizin xarici siyasət aparatının rəhbəri həmçinin sionist rejimin hər hansı avantürasına qarşı xəbərdarlıq edib və vurğulayıb: “İran İslam Respublikası sionist rejimin hər hansı yanlış hesablamalarına daha sərt cavab verəcək.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .