18 aprel 2024 at 20:58
Jurnalist kodu: 5561
Xəbər kodu: 85449392
T T
0 Persons
Ayətullah Rəisi: İran torpağına hər hansı hücuma peşmanedici cavab veriləcək

Şahrud - İRNA - Prezident deyib: “Əgər sionist rejim yenə səhvə yol versə və İslam Respublikasının müqəddəs torpağına ən kiçik bir hücuma cəhd etsə, elə bir cavab veriləcək ki, o və onun havadarları peşman olacaqlar.”

Ayətullah Seyid İbrahim Rəisi cümə axşamı, axşam saatlarında Şəhrud vətəndaşları ilə görüşdə vurğulayıb: “Bu gün bütün İslam dünyası və bəşəriyyət dünyası İslam Respublikasının Fələstinin müdafiəsi və qəddar sionist rejimi ilə müxalifətdəki mövqeyinin düzgünlüyünün fərqindədir.”

Prezident “Doğru Vəd” əməliyyatına toxunaraq bildirib: “Amerika və sionist rejim bizim izzətimizə xələl gətirə biləcəklərini düşünürdülər və ölkəmizin ərazisi sayılan konsulluğumuza hücum etdilər. Amma cinayət törətdikdən sonra cəzalandırılmalı idilər və böyük İran xalqı onları cəzalandırdı.”

 

0 Persons

Sizin rəyiniz

You are replying to: .