Əmir Abdullahiyan bu görüşdə fələstinlilərə qarşı soyqırımın davam etməsinin əsas səbəbi kimi Netanyahunun müharibəni qızışdırması və ABŞ-ın sionist rejimə davamlı dəstəyi və bu ölkənin müharibəni bitirmək istəməməsi kimi göstərib, soyqırıma son qoymaq üçün beynəlxalq ictimaiyyətin, xüsusilə İslam ölkələrinin səylərinin davam etdirilməsinin zəruriliyini vurğulayıb.
İordaniyanın Xarici İşlər naziri də bu görüşdən məmnunluğunu bildirib və ölkəmizin Qəzzəyə qarşı müharibəni dayandırmaq üçün göstərdiyi diplomatik səylərə görə təşəkkür edərək deyib: “Fələstin məsələsi İordaniya üçün prioritet məsələdir və Qəzzəyə qarşı müharibəni bitirmək üçün səylərimizi davam etdirəcəyik.”
Sizin rəyiniz