24 aprel 2024 at 19:48
Jurnalist kodu: 5561
Xəbər kodu: 85456047
T T
0 Persons
Amerikalı universitet müəllimləri Qəzzə müharibəsinə qarşı olan tələbələrə qoşulub

Tehran - İRNA - Amerika universitetlərinin bir qrup müəllim və elmi işçisi Qəzzə əhalisi ilə həmrəylik ifadə etmək üçün amerikalı tələbələrin universitetlərin açıq məkanında çadır qurmaq hüququnu dəstəkləyib və ABŞ prezidenti Co Bayden hökumətinin etirazçıları həbs etmək qərarını tənqid edib.

The New York Post yazıb:
Universitet müəllimləri və elmi işçilərinin etirazçılara dəstək vermək qərarı yəhudi qruplarını qəzəbləndirib və onlar belə bir hərəkətin antisemitizm olduğunu iddia edərək müəllimlərin qərarına qarşı çıxıblar.

Bazar ertəsi keçirilən oturaq aksiyada neçə universitet müəlliminin iştirak etdiyi məlum olmasa da, “Guardian” qəzeti “universitetin yüzlərlə müəllimi”nin etiraz etdiyini yazıb.

Kolumbiya Universitetinin müəllimləri ayrıca nümayiş keçirib və etirazçı tələbələrə qoşulmaqdan imtina etsələr də, Nyu-York Universitetinin elmi işçiləri öz kampuslarında keçirilən etiraz aksiyasına qoşulub və bazar ertəsi həbs olunan 120 nəfər arasında olublar.

Sizin rəyiniz

You are replying to: .