24 aprel 2024 at 21:49
Jurnalist kodu: 5561
Xəbər kodu: 85456136
T T
0 Persons
Kənani: Küveyt və İordaniyanın Arəş meydanı ilə bağlı birgə bəyanatının məzmunu rədd edilir

Tehran - İRNA - Xarici İşlər Nazirliyinin mətbuat katibi Küveyt və İordaniya əmirinin Arəş meydanı ilə bağlı səfərinin müştərək bəyanatının məzmununu rədd edib və İran İslam Respublikasının bu meydandakı haqqını vurğulayıb.

Nasir Kənani Küveytin Arəş meydanı barəsindəki iddiası ilə bağlı bəndə münasibət bildirərək deyib: “Bu cür bəyanatlarda birtərəfli iddia irəli sürmək iddiaçıya heç bir hüquq yaratmır.”

N. Kənani İran və Küveyt arasında əvvəlki danışıqlar və məsləhətləşmələrə toxunaraq deyib: “Küveytə tövsiyə edirik ki, bu məsələdə media sensasiyaları kimi yanlış yol tutmaqdan çəkinsin, bunun əvəzinə mexanizmi olan və hüquqi danışıqlar yoluna qayıtsın. Bu, problemi həll etməyin ən yaxşı və ən uyğun yoludur.”

Xarici İşlər Nazirliyinin sözçüsü bildirib: “İran İslam Respublikası tarixi hüquqlara və müştərək danışıqların keçmişinə əsaslanaraq, ümumi maraqlara hörməti ehtiva edən çərçivədə danışıqları davam etdirməyə hazırdır.”
 

0 Persons

Sizin rəyiniz

You are replying to: .