Özbəkistanın yerli mətbuatı yazıb: Rusiyanın “Rosatom” dövlət şirkəti Özbəkistanda ilk AES-in tikintisi üçün podratçı seçilib.
Bu atom elektrik stansiyası layihəsinə VVER-1200 tipli reaktorlarla təchiz edilmiş iki elektrik stansiyası blokunun tikintisi daxildir. Bu tip reaktor “3+” nəslinə aiddir və ən yüksək beynəlxalq təhlükəsizlik və səmərəlilik standartlarına malikdir.
Birinci enerji blokunun istismara verilməsi 2030-cu ildə, ikinci blokun isə 2033-cü ildə istismara verilməsi planlaşdırılır. Bu layihənin ilkin dəyəri 11 milyard dollar qiymətləndirilir.
Sizin rəyiniz