Yusuf Qafarzadə ölkənin şimal-qərbində ən mühüm sərhəd layihəsi kimi Qız Qalası su anbarının İran İslam Respublikası Prezidenti Ayətullah Rəisi və Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin iştirakı ilə yaxın günlərdə açılışının olacağını bəyan edərək deyib: “Bu layihəyə həcmi 1,6 milyard kubmetr olan Araz bəndindən 196 km aşağı axarda Xudafərin su anbarının genişlənməsi, Qız Qalası beynəlxalq su anbarının açılışı, nəhayət, Payab kanalı və şəbəkəsindən istifadə etməklə 74 min hektar (12 hektar Şərqi Azərbaycanın, 62 min hektar Ərdəbil vilayətinin payına düşür) kənd təsərrüfatı sahəsinin suvarılmasını nəzərdə tutan kanalın açılışı daxildir. Qeyd olunan işlər tamamilə daxili texniki və mühəndislik bilikləri və gücü ilə planlaşdırılmış və həyata keçirilmişdir.”
Y. Qafarzadə əlavə edib: “Bu layihənin tikintisi və istismarı aşağı axın şəbəkəsinin torpaqlarını su ilə təmin etməklə və kənd təsərrüfatının çiçəklənməsinə kömək etməklə yanaşı, həm də bölgənin iqtisadi inkişafı, kənd təsərrüfatı məhsullarının keyfiyyətinin yüksəldilməsi və turizmin inkişafı zəminələrini təmin edəcəkdir.”
İran və Azərbaycan arasında ən böyük birgə su layihəsinin açılışı olacaq
6 may 2024 at 19:18
Xəbər kodu:
85468129
Təbriz - İRNA - Şərqi Azərbaycan Regional Su Şirkətinin Baş direktoru yaxın günlərdə İran və Azərbaycan ölkəsi arasında ən böyük müştərək su layihəsi kimi Qız Qalası su anbarının tezliklə istismara veriləcəyini xəbər verərək deyib: “Bu su anbarı ölkənin şimal-qərbində tam şəkildə tamamlanan ən mühüm sərhəd layihəsidir.”
Sizin rəyiniz