6 may 2024 at 20:44
Jurnalist kodu: 5561
Xəbər kodu: 85468189
T T
0 Persons
Kürdüstan bölgəsindən hansısa tərəfin İranın təhlükəsizliyinə zərər vurmasına icazə verməyəcəyik

Tehran - İRNA - İraq Kürdüstan Regional Hökumətinin başçısı deyib: “İranın təhlükəsizliyi bizim təhlükəsizliyimizdir. İraqın Kürdüstan bölgəsindən heç bir üçüncü tərəfin İran İslam Respublikasının təhlükəsizliyinə zərər vurmasına icazə verməyəcəyik.”

İraq Kürdüstan Regional Hökumətinin başçısı Neçirvan Bərzani bazar ertəsi Ali Məqamlı Rəhbərin nümayəndəsi və Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədiyan ilə görüşündə Tehranda olmasından və keçirdiyi görüşlərdən məmnunluğunu ifadə edərək deyib: “İranın təhlükəsizliyi bizim təhlükəsizliyimizdir və İraqın Kürdüstan bölgəsindən heç bir üçüncü tərəfin İran İslam Respublikasının təhlükəsizliyinə zərər vurmasına icazə verməyəcəyik.”

Bərzani həm Səddam rejiminə qarşı mübarizə zamanı, həm də ondan sonra və  yeni İraqın formalaşmasında İran İslam Respublikasının dəstəyinə toxunaraq, İraq Kürdüstan Regional Hökuməti ilə İran İslam Respublikası arasında əlaqələrin təhlükəsizlik və iqtisadi aspektlər də daxil olmaqla bütün istiqamətlərdə daha da genişlənəcəyinə ümidvar olduğunu bildirib.

0 Persons

Sizin rəyiniz

You are replying to: .