HƏMAS liderinin müavini Xəlil əl-Həyyə təklif olunan atəşkəs razılaşması ilə bağlı təfərrüatları açıqlayaraq deyib: “Qətər və Misirin bizə təqdim etdiyi təklif (sionist qüvvələrin) Qəzzədən tamamilə çıxarılmasını, köçkünlərin geri qaytarılmasını və əsir mübadiləsini əhatə edən üç mərhələdən ibarətdir.”
Əl-Həyyə əsir mübadiləsinin üç mərhələdə həyata keçiriləcəyinə işarə edərək deyib: “Bu plan icra mərhələləri baxımından bir-birilə əlaqəlidir. İkinci mərhələdə hərbi və düşmənçilik əməliyyatlarının dayandırılması daimi olaraq elan ediləcək.”
Topun hazırda İsrailin meydanında olduğunu vurğulayan HƏMAS rəsmisi deyib: “Bu razılaşmada biz atəşkəs, qaçqınların geri qaytarılması, yardım göndərilməsi və əsir mübadiləsi ilə bağlı ciddi razılaşma kimi məqsədlərə nail olduq.”
HƏMAS rəsmisinin sözlərinə görə, birinci mərhələnin ilk günündə bütün tərəflər hərbi əməliyyatların müvəqqəti dayandırılmasına əməl etməlidir.
“Qaçqınların geri qayıtmasında heç bir məhdudiyyət olmayacaq və bu məsələ təklif layihəsində açıq şəkildə göstərilib” - deyə, Əl-Həyyə əlavə edib.
O, açıqlamasının davamında deyib: “Razılaşmanın birinci mərhələsində İsrail Qəzzə daxilində bitişik ərazilərə çəkiləcək. Təbii ki, biz bu sərsəm müharibəni dayandırmağın yolunun açılması və real əsir mübadiləsinin baş tutması üçün güzəştlər etdik.”
İsrailin öz razılaşmasını elan etmək üçün hələ vaxt təyin olunmadığına diqqət çəkən HƏMAS rəsmisi deyib: “Biz bu təkliflə razılaşmaq üçün İsrailin cavabını gözləyirik.”
HƏMAS liderinin köməkçisi Qəzzədə təklif olunan atəşkəs razılaşmasının təfərrüatları haqda açıqlama verərək bildirib ki, bu razılaşmada hərbi əməliyyatlar daimi olaraq dayandırılmalıdır.
Sizin rəyiniz