7 may 2024 at 12:47
Jurnalist kodu: 5564
Xəbər kodu: 85468927
T T
0 Persons

Tags

Oksford və Kembric universitetlərinin tələbələri Fələstin tərəfdarları hərəkatına qoşulub

Tehran - İRNA - İngiltərənin Oksford və Kembric universitetlərinin tələbələri Amerika universitetlərinin tələbələrindən nümunə götürərək fələstinlilərə dəstəklərini ifadə etmək üçün universitet ərazisində çadırlar qurublar.

Sky News internet saytı yazıb: Bu çadırların qurulması son bir neçə həftədə təxminən 2500 etirazçının həbsinə səbəb olan Amerika universitetlərində müşahidə edilənlərə bənzəyir. 

Kembric Universitetindəki “King's College” və Oksforddakı “Pitt Rivers” Muzeyi qarşısında etirazlar başlayıb. 

İngiltərə universitetlərində etiraz dalğası Amerika universitetlərində, xüsusilə Nyu-Yorkdakı Kolumbiya Universitetində şiddətli qarşıdurmalardan sonra başlayıb.

Sizin rəyiniz

You are replying to: .