16 may 2024 at 15:55
Jurnalist kodu: 5564
Xəbər kodu: 85479373
T T
0 Persons
Səhiyyə naziri: 1,5 milyon xarici ölkə vətəndaşı müalicə üçün İrana səfər edib

Sari - İRNA - Səhiyyə və Tibb Təhsili naziri İranın tibb elminin tərəqqisinin unikal olduğunu bildirərək deyib: “Ötən il regionun müxtəlif ölkələrindən 1,5 milyon xəstə müalicə üçün İrana səfər edib.”

Mazandarana əyalət səfərinin ikinci turunda Prezidenti müşayiət edən Bəhram Eynullahi cümə axşamı Babul Tibb Elmləri Universitetinin bir sıra tikinti layihələrinə baxış keçirərəkən deyib: “İran tibb elminin inkişafı o həddə çatıb ki, region ölkələrindən çoxlu xəstələr müalicə üçün İrana gəlirlər.”

Nazir bildirib: “Tibbi turizm İran üçün yaxşı potensialdır və təbii görməli yerləri ilə Mazandaran vilayətinin bu sahədə daha çox uğur qazanmaq imkanı var.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .