General-mayor Təlayinik Müdafiə Nazirliyinin müavinləri və ideoloji-siyasi idarə rəislərinin konfransında deyib: “Müdafiə Nazirliyi qarşıya qoyulan missiyalara uyğun olaraq müdafiə təyinatlı məmulatların istehsalının artırılması, ixracı və Silahlı Qüvvələrin tələbatının ödənilməsi istiqamətində böyük addımlar atıb.”
O, Müdafiə Nazirliyinin tədqiqat, bilik sərhədlərini aşaraq elm və yeni texnologiyalar sahəsində fəaliyyətinin iqtidarlı olduğunu və olmaqda davam etdiyini bildirərək əlavə edib: “Silahlı Qüvvələr düşmənə qarşı texnoloji sürpriz prinsipinə əməl edir, eyni zamanda hücum və müdafiə sahəsində hər cür sürprizin qarşısını alır.”
Müdafiə Nazirliyinin sözçüsü bildirib: “Builki hədəf ixrac müdafiə təyinatlı məmulatların istehsalı sahəsində ötən illə müqayisədə 50% artımın olmasıdır.”
“Daxildəki müdafiə ehtiyaclarımız doymuşdur. Diqqətimiz ixrac bazarına və müdafiə sənayesi məhsullarını almaq üçün edilən müraciətlərə cavab verməyə yönəlib” - deyə, Təlayinik vurğulayıb.
Sizin rəyiniz