20 may 2024 at 22:06
Jurnalist kodu: 5561
Xəbər kodu: 85484328
T T
0 Persons
Ərdoğan: Cənab Rəisi və Əmir Abdullahiyan mənim dəyərli dostlarımdan idilər

Tehran - İRNA - Türkiyə Prezidenti İrana kömək etmək üçün bütün imkanlardan istifadə etdiklərini bəyan edərək deyib: “Cənab Rəisi və Əmir Abdullahiyan mənim dəyərli dostlarımdan idilər.”

Rəcəb Tayyib Ərdoğan bazar ertəsi axşamüstü İran Prezidentinin səlahiyyətlərini icra edən Məhəmməd Müxbirlə telefon danışığında Türkiyə hökumətinin və xalqının İran xalqının kədərinə şərik olduğunu bildirərək deyib: “İslam İnqilabının Ali Rəhbərinə başsağlı məktubundan sonra istədim ki, sizinlə də əlaqə saxlayım, Ayətullah Seyid İbrahim Rəisi, Hüseyn Əmir Abdullahiyan və onu müşayiət edən nümayəndə heyətinə Allahdan rəhmət diləyim və bildirim: Türkiyə xalqı İran xalqının yanındadır, sizə və İran xalqına səmimi qəlbdən gözəl səbr diləyirəm.”

Ərdoğan əlavə edib: “Cənab Rəisi və cənab Əmir Abdullahiyan regionda sülh və sabitliyin yaradılması üçün çox çalışdılar və təsəvvürümdə onlarla bağlı əbədi xatirələrim olacaq.”

Türkiyə Prezidenti, Prezidentin səlahiyyətlərini icra edən Məhəmməd Müxbirlə telefon danışığında deyib: “Bütün Türkiyə xalqı adından sizə və İran xalqına başsağlığı verirəm və səmimi olaraq bildirirəm ki, biz İran İslam Respublikası ilə istənilən sahədə əməkdaşlığa və həmkarlığa hazırıq.”

Müxbir də bu telefon danışığında Türkiyə Prezidentinə başsağlığına görə təşəkkür edərək deyib: “Türkiyə İran üçün hər zaman önəmli ölkədir, tarix sübut etmişdir ki, Türkiyə və İran xalqları çətinliklər zamanı həmişə bir-birinin yanında olmuşdur.”

Sizin rəyiniz

You are replying to: .