Ölkələrin nümayəndələri ölkəmizin səfirliklərinin əməkdaşları ilə görüşdə iranlı diplomatlara bu acı itki ilə bağlı başsağlığı verib, xalqın və hökumətin dərdinə şərik olduqlarını bildiriblər. Londonda Pakistan səfiri hava qəzasında şəhadətə çatan şəhid prezident və onun yoldaşlarının xatirəsini ehtiramla yad edən ilk şəxs olub və səfirlikdəki xatirə kitabını imzalayıb.
Bundan sonra Oman, Tacikistan, İraqın Kürdüstan bölgəsi, Kuba, Ermənistan və onlarla başqa ölkənin nümayəndələri də səfirliyə gələrək şəhidlərin xatirəsini ehtiramla yad ediblər.
Səfirlik binası önündə iranlı sakinlər və inqilab tərəfdarları gül dəstələri qoyaraq bu qəmli itki ilə bağlı qüssə və kədərlərini nümayiş etdirdilər. Elan olunmuş qrafikə əsasən, sabah (şənbə) ölkəmizin Londondakı səfirliyinin qarşısında xidmət şəhidlərinin anım mərasimi keçiriləcək. Həmçinin bu gün axşam saatlarında Londonun mərkəzində İngiltərənin Alimlər və İslam Mərkəzləri Şurası tərəfindən daha bir anım mərasimi keçiriləcək.
Sizin rəyiniz