İran səfirliyindən Azərbaycan xalqına və hökumətinə təşəkkür mesajı  

Bakı - İRNA - İran İslam Respublikasının Bakıdakı səfirliyi öz mesajında ​​İran İslam Respublikasının Prezidenti Ayətullah Rəisinin və İran xarici işlər nazirinin və digər şəxslərin şəhadətinə görə həmdərdliyini ifadə edən hökumət rəsmilərinə və Azərbaycan xalqına təşəkkür və minnətdarlığını bildirib.

İranın Bakıdakı səfirliyinin təşəkkür məktubunun mətni belədir: 

İran İslam Respublikasının Prezidenti cənab Seyid İbrahim Rəisinin, xarici işlər naziri cənab Hüseyn Əmir Abdullahianın və digər müşayiət edən şəxslərin helikopter qəzası nəticəsində şəhidlik zirvəsinə ucalması ilə əlaqədar, İran İslam Respublikasının Bakıdakı Səfirliyi, başsağlığı vermək məqsədilə İran Səfirliyinə gələn və İran xalqının kədərinə şərik olduğunu bildirən, başda Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyev olmaqla Azərbaycan Respublikasının dövlət rəsmilərinə və Azərbaycan vətəndaşlarına, eləcə də Bakıda fəaliyyət göstərən və yaşayan xarici səfirlərə, diplomatlara və o cümlədən İran vətəndaşlarına dərin təşəkkür və minnətdarlığını bildirir.

0 Persons

Sizin rəyiniz

You are replying to: .