Səudiyyə Ərəbistanı: İsrailin Rəfaha hücumu cinayətdir və beynəlxalq qanun və qətnamələrin açıq şəkildə pozulmasıdır

Tehran - İRNA - Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi sionist rejimin soyqırım cinayətləri törətməsini və Rəfahda günahsız fələstinli qaçqınların çadırlarına hücumunu kəskin şəkildə pisləyib.

Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin bəyanatında Krallığın Rəfahdakı hadisələrə görə tam məsuliyyətin İsrail hakimiyyətinin üzərinə düşdüyünü bildirilir. 

Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi daha sonra bildirib ki, Ər-Riyad İsrail ordusunun Rəfahdakı müdafiəsiz fələstinli qaçqınların çadırlarına hücumunu pisləyir.

0 Persons

Sizin rəyiniz

You are replying to: .