29 may 2024 at 15:19
Jurnalist kodu: 5564
Xəbər kodu: 85493739
T T
0 Persons
İranın idman naziri: Parisdə keçiriləcək Olimpiya Oyunlarına qədər Qəzzədə atəşkəs elan edilməlidir

Rey - İRNA - İdman və Gənclər naziri idmançıların İslam Respublikasının banisi İmam Xomeyninin xatirəsnini anmasını bildirməklə yanaşı deyib: “Şanxay Əməkdaşlıq Təşkilatının idman nazirlərinin toplantısında biz elan etdik ki, Paris Olimpiadası başlamazdan əvvəl fələstinli idmançıların oyunlarda iştirakını mümkün etmək üçün beynəlxalq ictimaiyyət tərəfindən Qəzzədə atəşkəs elan edilməlidir.”

Çərşənbə günü idmançılar və idman sahəsinin əməkdaşları ilə İmam Xomeyni (r) məqbərəsində iştirak edən İdman və Gənclər naziri Kyumərs Haşimi deyib: “Şanxay Paktına üzv ölkələrin idman nazirlərinin Qazaxıstanda keçirilən görüşü zamanı sionist rejimin Qəzzədə törətdiyi cinayətləri və qətliamı pislədik və Qəzzənin müdafiəsiz insanlarına dəstəyimizi elan etdik.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .