11 iyun 2024 at 00:53
Jurnalist kodu: 5561
Xəbər kodu: 85504836
T T
0 Persons
Əl-Qəssam Batalyonlarının Rəfahda sionist əsgərlərə ölümcül zərbəsi

Tehran - İRNA - HƏMAS-ın hərbi qolu olan Şəhid İzəddin Əl-Qəssam Batalyonları Rəfahda sionist əsgərlərin yerləşdiyi evi partlatdıqlarını və bir neçə əsgəri öldürdüklərini bildiriblər.

İzzəddin Əl-Qəssam Batalyonları bu gün (bazar ertəsi) yaydığı bəyanatda bildirib ki, bu batalyonun döyüşçüləri sionist əsgərlərin pusqu qurduğu Rəfahdakı Şaburə düşərgəsində bombalanmış evi partladıblar, nəticədə bir neçə sionist əsgər ölüb və yaralanıb.

Əl-Qəssam açıqlayıb ki, bir qrup sionist əsgər bu evə daxil olan kimi döyüşçülər onu partladıblar.

Sionist rejimin mediası da Rəfahda ciddi insidentin baş verməsi və bir neçə sionist əsgərin ölməsi və yaralanması barədə məlumat yayıb.

Bu media onu da açıqlayıb ki, ilkin məlumatda dörd və ya beş mərtəbəli binanın çökdüyü və bir neçə əsgərin yaralandığı, bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.

0 Persons

Sizin rəyiniz

You are replying to: .