Kanadanın Ontario Ali Məhkəməsi bazar ertəsi 2020-ci ilin yanvarında İranda Ukrayna Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinin xeyrinə qərar çıxarıb.
PS752 reysi 8 yanvar 2020-ci il səhər saatlarında İranın paytaxtı Tehran yaxınlığında insan səhvi nəticəsində qəzaya uğrayıb və nəticədə Kanada vətəndaşları da daxil olmaqla təyyarənin bütün sərnişinləri və ekipajı həyatını itirib.
Məhkəmənin hakimi bu hökmdə elan edib ki, Ukrayna Hava Yolları (UIA) bu qəzada səhlənkarlığa yol verdiyi üçün günahkardır. Çünki bu təyyarənin uçuşuna saatlar qalmış İran səması Vaşinqton tərəfindən general Qasım Süleymaninin terror edilməsinə cavab olaraq İraqdakı Amerika qüvvələrinə qarşı ballistik raketlər atılması və əks-hücum ehtimalına görə “hazır ol” vəziyyətində idi.
Bu hökm Torontoda 2024-cü ilin yanvarında başa çatan 18 günlük məhkəmə prosesindən sonra verilib.
Kanada məhkəməsində PS752 nömrəli reyslə bağlı hökm çıxarılıb: Ukrayna Hava Yolları qüsura yol verib və təzminat ödəməlidir
11 iyun 2024 at 21:36
Xəbər kodu:
85506147
Ontario Ali Məhkəməsi çıxardığı hökmdə bildirib: “Ukrayna Beynəlxalq Hava Yolları İranda PS752 reysinin qəzaya uğraması nəticəsində yaxınlarını itirən ailələrə tam təzminat ödəmək üçün qanuni məsuliyyət daşıyır.”
Sizin rəyiniz