İran İslam Respublikasının BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir Səid İrəvani yerli vaxtla çərşənbə axşamı Birləşmiş Millətlər Təşkilatının Silahsızlanma İşləri İdarəsinin və işçi qrupunun keçən ilki səylərini nəzərdən keçirmək və qiymətləndirmək məqsədilə “qeyri-qanuni atıcı və yüngül silahların ticarətinin qarşısının alınması, onunla mübarizə və kökünün kəsilməsinə dair fəaliyyət planının həyata keçirilməsində əldə olunan irəliləyişləri nəzərdən keçirmək” adı altında baş tutan 4-cü konfransda, konfransın sədrini təbrik edərək, vurğuladı: İran İslam Respublikası bu konfransdan konsensus sənədinin əldə edilməsi prosesində sədr və onun komandasına dəstək verməyə hazırdır.
İran İslam Respublikasının BMT-dəki səfiri və daimi nümayəndəsi həmçinin vurğuladı: Atıcı silahların və yüngül silahların qeyri-qanuni ticarəti ilə mübarizə aparmaq üçün hərtərəfli yanaşma tətbiq olunmalıdır ki, bu da həm tələb, həm də təklif perspektivlərini əhatə etməlidir.
Sizin rəyiniz