19 iyun 2024 at 15:46
Jurnalist kodu: 5564
Xəbər kodu: 85514134
T T
0 Persons
24 saat ərzində 12 sionist əsgər yaralanıb - Müharibə başlayandan bəri 3 min 860 yaralı

Tehran - İRNA - Sionist rejim ordusu bu gün (çərşənbə) Qəzzə zolağında baş verən son toqquşmalar zamanı bir neçə əsgərinin yaralandığını və öldüyünü etiraf edib.

Sionist rejim ordusu verdiyi açıqlamada Qəzzə zolağında son 24 saat ərzində gedən döyüşlərdə 12 əsgərinin yaralandığını bildirib.

Bu açıqlamaya görə, müharibə başlayandan indiyədək 3860 əsgər yaralanıb və onlardan 1947-si Qəzzə zolağında quru döyüşləri zamanı hədəfə alınıb.

Bu xəbərə əsasən, verilən statistikalarda 582 əsgərin ağır yaralandığı qeyd olunub.

Bəyanatda həmçinin bildirilir: “Oktyabrın 7-dən indiyədək 662 zabit və əsgər ölüb.”

Bir neçə sionist media indiyədək İsrail ordusunun itki rəqəmlərini açıqlayan sərt senzurasına işarə edib. Bu addım Qəzzə zolağına qarşı müharibədə sionist əsgərlərin çoxlu sayda itki verməsi və işğal olunmuş ərazilərdə gələcək daxili reaksiyaların qorxusu səbəbindən atılıb.

0 Persons

Sizin rəyiniz

You are replying to: .