21 iyun 2024 at 11:43
Jurnalist kodu: 5564
Xəbər kodu: 85515551
T T
0 Persons
İranın sərhəd keçid məntəqələri qabaqcıl avadanlıqlarla gücləndirilib

Təbriz - İRNA - FƏRACA Sərhəd Qoşunlarının komandanı deyib: İranın bütün sərhəd məntəqələri silah, sursat, elektron, optik kamera sistemləri və mikro dronlarla tam təchiz olunub.

General Əhməd Əli Qudərzi cümə axşamı gecəsi Culfa və Xudafərin şəhərlərinin sərhədlərinə səfəri zamanı deyib: Xoşbəxtlikdən, biz ölkə daxilində sərhəd mühafizəçilərinin əməliyyat imkanlarının artırılması məqsədilə çoxlu işlər görüldüyünü görürük.

O əlavə etdi: Geniş miqyasına və uzunluğuna baxmayaraq, ölkənin şimal-qərb sərhədləri ölkədə yüksək təhlükəsizlik sərhədlərindən hesab olunur.

General Qudərzi sərhədlərin təhlükəsizliyinin İran İslam Respublikası silahlı qüvvələrinin əməkdaşlıq və koordinasiyasından asılı olduğunu bildirərək dedi: Sərhədçilər ən qabaqcıl texnika ilə nəzarət-buraxılış məntəqələrində yerləşərək gecə-gündüz ölkəmizin sərhədlərini qoruyurlar.

0 Persons

Sizin rəyiniz

You are replying to: .