İRNA-nın Fransa xəbər agentliyinə istinadən verdiyi məlumata görə, statistikaya əsasən bu zəvvarların əksəriyyəti havanın istiliyindən dünyasını dəyişib.
Bu hesabat əlavə edir: Ən çox ölüm halı qeydə alınan sayları 658 nəfərə çatmış misirli zəvvarlardır ki, onlardan 630 nəfəri Həcc mərasiminə icazəsiz gəlib.
Bu hesabat əlavə edir ki, misirlilərdən başqa, 132 zəvvarla İndoneziya, 68 nəfərlə Hindistan, 60 nəfərlə İordaniya, 35 nəfərlə Tunis, 13 nəfərlə İraq Kürdüstanı bu ilin Həcc ziyarəti dövründə ən çox itki verən ölkələr siyahısında növbəti yerlərdədir.
Həmçinin, əlavə olaraq, bu mərasimdə başqa ölkələrdən olan daha 14 zəvvar həyatını itirib.
Səudiyyə hökumətinin hesabatına görə, bu mərasimdə 1 milyon 800 min insan iştirak edib ki, onlardan 200 mini səudiyyəli zəvvardır.
Sizin rəyiniz