22 iyun 2024 at 15:40
Jurnalist kodu: 5564
Xəbər kodu: 85516756
T T
0 Persons
Tehranda diplomatik trafik - XİN 30-dan çox Asiya ölkəsinin nümayəndələrnə evsahibliyi edir

Tehran - İRNA - İran İslam Respublikası Asiya Dialoq Forumunun sədri kimi bu qrupa üzv ölkələrin xarici işlər nazirlərinin toplantısına ev sahibliyi edir.

2023-cü ilin sentyabrından İran İslam Respublikasının sədrlik etdiyi Asiya Dialoq Forumuna (ACD) üzv ölkələrin xarici işlər nazirlərinin iclası bazar və bazar ertəsi (23 və 24 iyun) Tehranda keçiriləcək.

İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin evsahibliyi ilə keçiriləcək bu iclasda nazirlər, nazir müavinləri və ya xarici işlər nazirlərinin müvafiq müavinləri, regional təşkilatların baş katibləri və üzv ölkələrin xüsusi nümayəndələri səviyyəsində 30-dan çox xarici nümayəndə heyəti iştirak edəcək.

Sabah (bazar günü) üzv ölkələrin ekspertləri və yüksək səviyyəli direktorlarının iclasında bazar ertəsi nazirlər səviyyəsində keçiriləcək iclasın danışıqların istiqamətləri ilə bağlı son tənzimləmələrin aparılması üçün müzakirələr baş tutacaq və fikir mübadiləsi aparılacaq. Həmçinin, bazar ertəsi günü ölkəmizin Xarici İşlər naziri vəzifəsini icra edən Əli Baqiri Kəninin çıxışı ilə rəsmi iclas başlayacaq.

İRNA-nın məlumatına görə, Asiya Əməkdaşlıq Dialoq Forumu (ACD) 2002-ci ildə yaradılıb və onun katibliyi Küveytdə yerləşir.

İran, Tayland, İndoneziya, Malayziya, Filippin, Bruney, Sinqapur, Kamboca, Vyetnam, Myanma, Laos, Nepal, Rusiya, Türkiyə, Yaponiya, Çin, Monqolustan, Cənubi Koreya, Hindistan, Əfqanıstan, Pakistan, Banqladeş, Şri-Lanka, Butan, Küveyt, Bəhreyn, Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ, Oman, Fələstin, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistan daxil olmaqla 35 Asiya ölkəsi bu forumun üzvləridir.

0 Persons

Sizin rəyiniz

You are replying to: .