22 iyun 2024 at 21:31
Jurnalist kodu: 5561
Xəbər kodu: 85517030
T T
0 Persons
Yəmən: ABŞ-ın təyyarədaşıyan gəmisini və başqa bir gəmini hədəf aldıq

Tehran - İRNA - Yəmən Silahlı Qüvvələrinin mətbuat katibi bu gün (şənbə) ABŞ-ın "Eisenhower" təyyarədaşıyan gəmisi və daha bir gəmisinin Qırmızı dəniz və Makran dənizində hədəfə alındığını açıqlayıb.

Yəmən Silahlı Qüvvələrinin mətbuat katibi general-mayor Yəhya Sərii bu gün misli görünməmiş əməliyyatda Makran dənizində “Transworld Navigator” gəmisini hədəf aldıqlarını açıqlayıb.

O əlavə edib ki, bu gəmi bir neçə ballistik raketlə dəqiq şəkildə hədəfə alınıb. Bundan əlavə, Yəmən raket bölməsi bir neçə ballistik və qanadlı raketlərlə ABŞ-ın “Eisenhower” təyyarədaşıyan gəmisini hədəfə alıb.

General-mayor Sərii deyib: “Bu iki hərbi əməliyyatda nəzərdə tutulan hədəflər birbaşa və dəqiqliklə vuruldu. Allahın köməyi ilə Fələstin xalqına dəstək və müdafiə məqsədilə hərbi əməliyyatların həyata keçirilməsi təcavüzün dayandırılmasına və Qəzzə zolağının blokadası götürülənə qədər davam edəcək.”

Yəmən Silahlı Qüvvələrinin sözçüsü həmçinin vurğulayıb: “Ölkəmizə qarşı təcavüzə cavab olaraq Qırmızı və Makran dənizlərində düşmən xarici hərbi gəmiləri hədəfə almaqdan heç vaxt çəkinməyəcəyik.”

Sizin rəyiniz

You are replying to: .