İslami Şura Məclisinin rəyasət heyətinin üzvü Məhəmməd Rəşidi bazar günü (23 iyun) İslami Şura Məclisinin açıq iclasında bildirişi oxuyub.
Buna əsasən, hökumətdən ordunun və Kanada hökumətinə bağlı silahlı və təhlükəsizlik qüvvələrinin terrorçu elan edilməsini tələb etmək planı açıqlanıb.
İRNA-nın məlumatına görə, Kanadanın təhlükəsizlik naziri çərşənbə günü keçirdiyi mətbuat konfransında bildirib: “Bu gün hökumətimizin İslam İnqilabı Keşikçiləri Korpusunu terrorçu qruplar siyahısına salmaq qərarına gəldiyini bildirmək üçün buradayam.”
O, iddia edib: “Bu addım Kanadanın İslam İnqilabı Keşikçiləri Korpusu kimi terror qruplarına qarşı mübarizə aparmaq üçün əlində olan bütün vasitələrdən istifadə etdiyini göstərən güclü bir mesajdır.”
Bu addım İslam İnqilabı Keşikçiləri Korpusunun hər zaman bölgədə terrorla, o cümlədən İŞİD-lə mübarizədə ön sıralarda olduğu bir vaxtda baş tutur.
Sizin rəyiniz