25 iyun 2024 at 23:35
Jurnalist kodu: 5561
Xəbər kodu: 85520015
T T
0 Persons
İranın BMT-dəki nümayəndəliyinin ABŞ-ın yeni iqtisadi sanksiyalarına reaksiyası

Nyu York - İRNA - İran İslam Respublikasının BMT-dəki nümayəndəliyi ABŞ-ın yeni iqtisadi sanksiyalarına cavab olaraq bildirib: “Bu, Amerikanın İran xalqına qarşı amansızcasına başlatdığı iqtisadi müharibənin bir hissəsidir.”

Çərşənbə axşamı İran İslam Respublikasının BMT-dəki nümayəndəsi ABŞ-ın İrana qarşı bugünkü sanksiyaları ilə bağlı sualın cavabında deyib: “Bu, Amerikanın İran xalqına qarşı amansızcasına başlatdığı iqtisadi müharibənin bir hissəsidir. Onlar hücum edir, biz də buna uyğun müdafiə edirik. Bu iqtisadi müharibənin taleyini müəyyən edən sanksiya tətbiq etmək gücü deyil, iradənin gücüdür.”

ABŞ Maliyyə Nazirliyi İran İslam İnqilabı Keşikçiləri Korpusu və İran Silahlı Qüvvələri ilə əlaqə bəhanəsi ilə 50 fiziki və hüquqi şəxsin nəhəng gizli bank şəbəkəsinin bir neçə filialını təşkil etdiklərini iddia edərək, onlara qarşı yeni sanksiyalar tətbiq edib.

0 Persons

Sizin rəyiniz

You are replying to: .