Fələstin İslami Cihad Hərəkatının Baş katibi Ziyad Nəxalə bu cümə axşamı günortadan sonra Prezident və onu müşayiət edənlərin şəhid olmasının 40-cı günü münasibətilə Tehran məscidində keçirilən anım mərasimində deyib: “Fələstin müqavimət liderlərindən ibarət nümayəndə heyəti ilə Tehrana gəlmişik ki, bu kədərli gündə sizin yanınızda olaq və bu şəhidlərin yolunu davam etdirəcəyimizi elan edək.”
O, əlavə edib: “İranın hörmətli Prezidentinin xatirəsini ehtiramla yad etmək üçün gəlmişik. O, bölgədə əvəzsiz rol oynadı, böyük işlər gördü. Bu işlərdən bəziləri bizə məlumdur, bəziləri isə məlum deyil.”
Həmçinin şəhid Rəisi və şəhid Əmir Abdullahiyan müqavimət və bölgə üçün böyük uğurlara imza atdılar, müxtəlif ölkələrin mövqelərini Fələstinə yaxınlaşdırdılar. Bu, Fələstin və bütün region üçün uğur idi” - deyə, Nəxalə qeyd edib.
Fələstin İslami Cihadının baş katibi deyib: “Şəhid Rəisi bütün beynəlxalq dairələrdə İran və İran İslam Respublikası adına bütün gücü ilə Fələstini müdafiə etdi. Bu çıxışlar hələ də qüvvədədir və təsirlidir. Əl-Əqsa Tufanı hadisəsində İran xalqı və hökumətinin dəstəyini həmişə xatırlayırıq. İran Prezidentinin və onun şəhid olan Xarici İşlər nazirinin Fələstinə dəstək mövqeyini unutmayacağıq.”
Sonda müqavimət lideri deyib: “Bu münasibətlə başda İslam İnqilabının Ali Rəhbəri olmaqla, İran xalqına, İslam Respublikası rəsmilərinə müqavimətə və Fələstin xalqına davamlı dəstəyinə görə təşəkkür edirəm. Allahın köməyi ilə Qüds və Fələstinin zəfəri istiqamətində birlikdə davam edəcəyik.”
Nəxalə: Şəhid Rəisi və şəhid Əmir Abdullahiyan müxtəlif ölkələrin mövqelərini Fələstinə yaxınlaşdırdılar
27 iyun 2024 at 19:42
Xəbər kodu:
85521967
Tehran - İRNA - Fələstin İslami Cihad Hərəkatının Baş katibi deyib: “Şəhid Rəisi və şəhid Əmir Abdullahiyan müqavimət və bölgə üçün böyük uğurlara imza atdılar və müxtəlif ölkələrin mövqelərini Fələstinə yaxınlaşdırdılar.”
Sizin rəyiniz