1 iyul 2024 at 16:37
Jurnalist kodu: 5564
Xəbər kodu: 85526150
T T
0 Persons
Müqavimətin işğalçılara zərbələri davam edir - Rəfahda ölümcül pusqular təkrarlanır

Tehran - İRNA - Fələstin müqavimət qrupları Qəzza zolağında işğalçılarla qarşıdurmanı davam etdirərək, sionist rejimin təcavüzkar əsgərlərinə ölümcül zərbələr endiriblər.

Fəth Hərəkatının hərbi qanadı olan Əl-Əqsa Şəhidləri Taborları sionist rejimin Rəfah şəhərinin “Əs-Suveydiyyə” kəndi istiqamətində raket hücumları barədə məlumat yayıb. 

Fələstin İslami Cihad hərəkatının hərbi qolu olan Səraya əl-Qüds də Qəzza şəhərinin şərqindəki Əş-Şücaiyyə məhəlləsində sionist rejimin qüvvə və texnikasını atəşə tutduqlarını açıqlayıb. 

Qəzza şəhərinin “Səlahəddin” bölgəsində və “Əs-Səudi” məhəlləsində və Rəfahın “Əş-Şaburə” düşərgəsində də müqavimət qüvvələri işğalçı qüvvələrlə toqquşub, onlardan bir neçəsini öldürüb və ya yaralayıb. 

Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) hərbi qolu olan “Şəhid İzzədin Əl-Qəssam” Taboru da Rəfah şəhərinin şərqində işğalçı əsgərləri uğurla pusquya saldığını və düşmənin canlı qüvvəsinin itki verdiyini açıqlayıb. 

Əl-Qəssam bir bəyanatda sionist düşmənin bir qrup hərbiçisini Rəfah şəhərinin şərqində bir binaya çəkdiyini və onu partlatdığını elan edib.

0 Persons

Sizin rəyiniz

You are replying to: .