Dünən Qəzza zolağı sakini 49 fələstinli məhbusla birlikdə İsrail rejiminin həbsxanasından azad edilən Mahmud Bahadur çərşənbə axşamı günü "Eram News" xəbər saytına deyib: Sionist ordusu müharibənin ilk günlərində Qəzza zolağının şimal hissəsinin sakinlərini bombardman və hücumlar altında cənub bölgələrinə köçməyə məcbur etdikdən sonra mən və ailəm cənub bölgələrinə köçdük.
O əlavə edib: Hərəkət edərkən sionist rejimin hərbi Nəzarət-Buraxılış Məntəqəsinə çatdıq və bu rejimin əsgərləri dərhal məni həbs edib döyməyə başladılar.
Bahadur sözünə davam etdi: Daha sonra İsrail ordusunun əsgərləri məni təcridxanaya apardılar və bir ay döyüb, işgəncə verdilər və çantamı, ailəmin bütün əmlakını və sənədlərini, hətta şəxsi geyimlərimi də müsadirə etdilər.
O əlavə edib: Sionist rejimin əsgərləri mənim Qəzza zolağında HƏMAS hərəkatının rəhbəri Yəhya Əs-Sinvar olduğumu düşünərək məni həbs etdilər. Onlar mənim Yəhya Əs-Sinvar olduğumu düşündükləri üçün mənə hər hansı xidmət, o cümlədən tibbi xidmət göstərməkdən imtina etdilər.
Sizin rəyiniz