2 iyul 2024 at 15:32
Jurnalist kodu: 5564
Xəbər kodu: 85527184
T T
0 Persons
İsrail rejimi tərəfindən Yəhya Əs-Sinvar əvəzinə həbs edilən adamın hekayəsi + VİDEO

Tehran - İRNA - Sionist rejimin həbsxanasında bir neçə ay yalnız üzü Qəzza zolağındakı HƏMAS hərəkatının rəhbəri Yəhya Əs-Sinvarın üzünə bənzədiyi üçün əsir saxlanılan yaşlı fələstinli azad edildikdən sonra əsirlikdə olma tərzi və vəziyyətini nəql edib.

Dünən Qəzza zolağı sakini 49 fələstinli məhbusla birlikdə İsrail rejiminin həbsxanasından azad edilən Mahmud Bahadur çərşənbə axşamı günü "Eram News" xəbər saytına deyib: Sionist ordusu müharibənin ilk günlərində Qəzza zolağının şimal hissəsinin sakinlərini bombardman və hücumlar altında cənub bölgələrinə köçməyə məcbur etdikdən sonra mən və ailəm cənub bölgələrinə köçdük. 

O əlavə edib: Hərəkət edərkən sionist rejimin hərbi Nəzarət-Buraxılış Məntəqəsinə çatdıq və bu rejimin əsgərləri dərhal məni həbs edib döyməyə başladılar. 

Bahadur sözünə davam etdi: Daha sonra İsrail ordusunun əsgərləri məni təcridxanaya apardılar və bir ay döyüb, işgəncə verdilər və çantamı, ailəmin bütün əmlakını və sənədlərini, hətta şəxsi geyimlərimi də müsadirə etdilər. 

O əlavə edib: Sionist rejimin əsgərləri mənim Qəzza zolağında HƏMAS hərəkatının rəhbəri Yəhya Əs-Sinvar olduğumu düşünərək məni həbs etdilər.  Onlar mənim Yəhya Əs-Sinvar olduğumu düşündükləri üçün mənə hər hansı xidmət, o cümlədən tibbi xidmət göstərməkdən imtina etdilər.

0 Persons

Sizin rəyiniz

You are replying to: .