4 iyul 2024 at 15:27
Jurnalist kodu: 5564
Xəbər kodu: 85529088
T T
0 Persons
ŞƏT Fələstin probleminin ədalətli həll yolu tapılmasını vurğulayıb

Tehran - İRNA - Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) üzvləri yekun bəyanatda bir sıra qlobal çağırışlara toxunub və Fələstin məsələsinin ədalətli həlli yolunun tapılmasının vacibliyini vurğulayıblar.

ŞƏT-ə üzv dövlətlərin başçıları bu gün (cümə axşamı) Astana görüşündə yekun bəyanatı imzalayıblar.

Bu bəyanatda vurğulanır ki, bu təşkilata üzv olan dövlət başçıları Fələstin-İsrail münaqişəsi vəziyyətindən narahatdırlar və Fələstin məsələsinin ədalətli həllinə əsaslanan razılığın əldə olunmasını vacib hesab edirlər.

ŞƏT ölkələri də Qəzza zolağında çoxsaylı mülki əhalinin tələfatına səbəb olan hərəkətləri kəskin şəkildə pisləyib.

Bəyanatın başqa bir hissəsində Qərbin hakimiyyətini qəbul etməyən ölkələrə qarşı təktərəfli sanksiyalar tətbiq etməsinə gəlincə, ŞƏT-in qlobal ticarəti zəiflədən birtərəfli sanksiyalara qarşı olduğu bildirilir

Sizin rəyiniz

You are replying to: .